9 İyul 2016 18:31
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın xarici işlər naziri Paolo Gentiloni "Brexit" qərarına rəğmən Böyük Britaniyanın Avropa İttifaqında qalmasının istisna olunmadığını bəyan edib.

Teleqraf.com-un məlumatına görə, Paolo Gentiloni bu barədə BBC-ə müsahibəsində bildirib:
"Son 20 il ərzində biz referendum nəticələrinin başqa bir referendum və hətta milli parlamentlərin qərarları ilə ləğv edildiyini görmüşük”.

İtaliyalı diplomat Almaniya və Fransanı misal çəkib.

Paolo Gentiloninin sözlərinə görə britaniyalılar qərarlarını dəyişərsə o,“bu münasibətlə şampan qədəhini” qaldırmağa hazırdır.

Ölkənin Avropa İttifaqında üzvlüyü ilə bağlı referendum iyunun 23-də keçirilib. Onda iştirak edənlərin az qala 52 faizi ölkənin Aİ-dən çıxmasına səs verib.

"Brexit" qərarından sonra ayrılma prosedurunu işə salmaq üçün Lissabon razılaşmalarının 50-ci madəsi tətbiq olunmalıdır. Britaniya hökuməti hələ ki bu barədə rəsmi müraciət etməyib.


Müəllif: