9 İyul 2016 19:18
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın qərbindəki Vasit əyalətinin Əl-Kut şəhərinin şımalında baş verən yol qəzası nəticəsində aralarında qadın və uşaqların da olduğu 17 nəfər ölüb.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə yerli polis nümayəndəsi "Əs-Sumariyyə" telekanalına müsahibəsində bildirib.

"Əl-Kuta gedən KIA markalı avtobus texniki nasazlıq nəticəsində yoldan çıxıb və Bağdada gedən taki ilə toqquşub", - mənbə telekanala deyib.

Ölən 17 nəfərdən 5-i taksidə, 12-i sə avtobusda olub. Ölənlərdən 4-ü qadın, 3-ü uşaqdır.

Hadisə yerinə gələn polis ölənlərin meyitxanaya aparılmasını təmin edib.

Yol hərəkəti qaydalarının pozulması və yolların aşağı keyfiyyətli olması səbəbindən hər il İraqda minlərlə adam yol qəzalarının qurbanı olur. Rəsmi məlumatlara görə, 2015-ci ildə İraq yollarında 2,5 min nəfərdən artıq insan ölüb, 9,5 min nəfərə yaxın insan isə yaralanıb.

Nihad


Müəllif: