9 İyul 2016 21:24
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki rusiyalı hərbi təyyarəçi iyulun 8-də Suriyanın Palmira rayonunda həlak olub.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, onların idarə etdiyi və Bəşər Əsəd rejiminə məxsus Mi-25 vertolyotu İŞİD terrorçuları tərəfindən vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Həlak olan hərbi təyyarəçilər Rafaqat Xabibulin (ekipaj komandiri) və Yevgeni Dolqindir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, vertolyot terrorçuların hücumunu dəfə edərkən vurulub. Vertolyot vurulandan sonra Əsəd ordusunun nəzarət etdiyi əraziyə düşüb.

Həlak olmuş rusiyalı hərbçilərin dövlət tərəfindən təltif edilməsi üçün yuxarı rəhbərliyə təqdimat ünvanlanıb.

Səxavət


Müəllif: