10 İyul 2016 00:11
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Rusiya ilə konstruktiv münasibətlər qurmağa çalışır, lakin onları Moskvanın hərəkətlərindən asılı vəziyyətdə saxlayır”.


APA-nın xəbərinə görə, bu barədə Alyansa üzv olan ölkələrin liderlərinin bəyanatında bildirilir.


“NATO heç bir ölkəyə təhlükə yaratmır. Bu baxımdan, mövqemizi açıq-aydın bildirmək üçün və, ilk növbədə, hərbi insidentlərdən irəli gələn riskləri azaltmaq üçün biz, əvvəlki kimi, Rusiya ilə əhəmiyyətli dialoqa hazırıq. Biz, Moskvanın hərəkətləri buna imkan verərsə, Rusiya ilə konstruktiv münasibətlər qurmağa çalışarıq”, - deyə bəyanatda bildirilib.


Müəllif: