10 İyul 2016 13:15
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Almaniyanın paytaxtı Berlində solçu fəallarla qarşıdurmada bir neçə polis əməkdaşı xəsarət alıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, asayiş pozucularının və xəsarət almış mülki şəxslərin dəqiq sayı açıqlanmır. 2 minə yaxın fəal Fridrixshayn rayonunda “alternativ yaşayış layihəsi” adı altında köçürülməyə qarşı nümayiş keçiriblər. Söhbət boş sahələrin qanunsuz zəbt edilməsindən gedir.

KİV-in məlumatına əsasən, nümayiş əvvəlcə sakit keçib, lakin sonra radikal əhvali-ruhiyyəli bir qrup iştirakçı polisə daş və butulka atıb. Nəticədə bir çox evlərin şüşələri sınıb, bir neçə polis maşınına ziyan dəyib.

Polis gözyaşardıcı qazdan istifadəyə məcbur olub.


Müəllif: