10 İyul 2016 15:45
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Nanqarhar əyaləyintə İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində terrorçu qruplaşmanın 31 silahlısı zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, ölkənin qərbində Nanqarhar əyalətinin Kot rayonunda İŞİD-ə qarşı şiddətli döyüşlər aparılır. Son 24 saatda havadan v qurudan keçirilən antiterror əməliyyatı nəticəsində 31 İŞİD silahlısı öldürülüb, 2-si isə yaralanıb.

Məlumatda bildirilib ki, Əfqanıstanın müxtəlif bölgələrində son sutkada "Taliban" hərəkatına qarşı keçirilən əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat aşkarlanaraq, götürülüb.
Xəbərə əsasan, əməliyyatlar nəticəsində Əfqanıstan təhlükəsizlik güclərinin iki əməkdaşı həyatını itirib.


Müəllif: