11 İyul 2016 14:43
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Birliyində nə baş verir-versin, Türkiyə təşkilatla əlaqələrini davam etdirəcək".

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri hökumət sözçüsü Numan Kurtulmuş Nazirlər Şurasının bu gün keçirilən iclasından sonrakı mətbuat konfrasında deyib.

Numan Kurtulmuş bəyan edib ki, Türkiyə bu istiqamətdə əlində gələnin ən yaxşısını edəcək: "Altı aylıq müddətdə Avropa Birliyi üzvlüyü ilə bağlı iki fəsil açılıb".

Hökumət sözçüsü Türkiyənin terrorla mübarizəsinin davam edəcəyini də vurğulayıb.

Avropa Birliyinin son şərtlərində Türkiyə hökumətindən terrorla mübarizə qanununu yümşaltmaq istənilir. Türkiyə bu şərti qəbul etməyəcəyini bildirir.

Mahir


Müəllif: