11 İyul 2016 16:44

Rusiyanın "Kalaşnikov" konserni Gürcüstana silah satışını bərpa edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı konsernin markentinq üzrə direktoru Vladimir Dmitriyev məlumat verib.

Onun sözlərinə görə, şirkət yaxın 5 ildə satışın həcmini artırmaq niyyətindədir: "Konsern ilk dəfə olaraq Rusiyadan kənarda Tiflisin “Kalibr” silah mağazasında brend-zona açıb. Firma şöbəsi konsern dillerinin inkişafı üzrə dövlət proqramı çərçivəsində 2015-ci ildə qazanılıb. Bu şöbədə ənənəvi atıcılıq alətləri təqdim olunacaq. Şirkət 2016-cı ilin sonunadək Qazaxıstanda da belə bir şöbə açmaq niyyətindədir".

Qeyd edək ki, "Kalaşnikov" 2006-cı ildən Gürcüstana silah satışını dayandırmışdı.

Samir


Müəllif: