11 İyul 2016 17:34

Almaniyanın Kəşfiyyat Xidməti İranla bağlı yeni iddialar irəli sürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, kəşfiyyatın məlumatına görə, İran nüvə proqramını məxfi şəkildə davam etdirir.

Financial Times qəzeti yazır ki, Almaniya Daxili Kəşfiyyat Təşkilatının illik hesabatında İranın nüvə fəaliyyətini "beynəlxalq standartlara görə yüksək səviyyədə" apardığı vurğulanır. Ölkə nüvə hazırlığını yeni texnologiya sayəsində davam etdirir. Raket hissələrinin alınması və hərbi nüvə başlıqlıqlarının əldə edilməsi də bu fəaliyyətə aid olunur.

Almaniya mediası İranın atom bombasına sahiblənməkdən ötrü çalışdığına dair şübhə yeri qoymayan dəlillər olduğunu yazır. Bildirilir ki, son zamanlar atom bombasının istehsalı üçün İran daha böyük cəhdlər edir.

İranın ingiliscə yayımlanan Press TV-nin şərhçisi və nüvə enerjisi üzrə mütəxəssis Həsən Behiştpur isə qəzetin iddialarını təkzib edərək Tehranın "5+1" ölkələriylə əldə olunmuş razılaşmaya sadiq qaldığını bildirib. O, İranın atom bombasına lazım olan texnologiyanı Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) nəzarəti altında ala biləcəyini xatırladıb.

Mahir


Müəllif:
Загрузка...