24 İyun 2014 11:10
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESCO 10 dəqiqə ərzində Avstraliya hökumətinin Tasmaniya ərazisini Dünya İrsi siyahısından çıxarmaq tələbini rədd edib.

UNESCO müsbət cavab versəydi, həmin meşə ərazisində ağac emalı sənayesi başlaya bilərdi.
Avstraliyanın baş naziri Toni Ebbot bəyan edib ki, ölkə hökuməti məyus olsa da, növbəti addımı atmamışdan öncə təşkilatın qərarını öyrənəcək.

Avstraliyanın Yaşıllar partiyasının sədri Kristin Miln isə UNESCO-nun qərarından çox məmnun qaldığını bildirib.

Tasmaniyanın 40% meşə zolaqlarından ibarətdir.

Ülviyyə


Müəllif: