24 İyun 2014 11:13
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada “Sevol” bərəsinin batması ilə bağlı məhkəmə araşdırması davam edir.

Bərə cari ilin aprel ayında batıb. Bərənin kapitanı və ekipajın üç əsas üzvü məhkəmə qarşısına çıxarılacaq. Onlar səhlənkarlıq və qətldə, daha 11 nəfər ekipaj üzvü isə səhlənkarlıqda ittiham olunur.

Bərə kapitanının vəkilinin sözlərinə görə, müştərisinin qətldə ittiham olunmaması üçün artıq müraciət edib. “Müştərimin kimisə öldürmək niyyəti olmayıb”, - deyə, vəkil bildirib.

Jurnalistlər məhkəmənin ədalətinə şübhə edirlər. KİV və ölkə əhalisinin əsas hissəsi müttəhimləri günahsız hesab edir.

Xatırladaq ki, 2014-cü ilin aprel ayında “Sevol” bərəsinin batması nəticəsində 300 nəfərə yaxın sərnişin həlak olub. Ölənlərin əksəriyyəti məktəbli olub.

Ümumilikdə bərənin göyərtəsində olan sərnişinlərin sayı 476 nəfər olub.

Ülviyyə


Müəllif: