12 İyul 2016 21:30
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın hərbi sualtı qayığı Fransa balıqçılarının toruna düşüb. İnsident Atlantik dənizində-Britaniya sahillərində baş verib.

“Tridente” sualtı qayığı Britaniya Hərbi Dəniz Donanması ilə birgə keçirilən təlimdə iştirak edirmiş.

Qayıq “Dayton” gəmisinin balıqçı toruna düşüb. Məlumata görə, sualtı qayıq dərhal suyun üzünə qalxaraq balqşı gəmisi ilə əlaqəyə girib.

TASS-ın məlumatına görə insident zamanı xəsarət alan olmayıb. İnsident Lizard burnunun 55 kilometrliyində baş verib.


Müəllif: