12 İyul 2016 22:16

ABŞ prezidenti Barak Obama ötən həftə Luiziana və Minnesota əyalətlərində polislər tərəfindən öldürülən iki qaradərilinin ailələrinə başsağlığı verib.

Ağ Evdən verilən məlumata görə, Obama hər iki ailəyə telefonla zəng edib və üzüntülərini ailə başçılarına çatdırıb.

Qeyd edək ki, 32 yaşlı qaradərili Filando Kastil ötən həftənin çərşənbə günü gecə Minesota ştatının Sent Pol məntəqəsində, 37 yaşlı Alton Sterlinq isə çərşənbə axşamı günü Luiziana ştatının mərkəzi olan "Baton Roj" şəhərində polis tərəfindən öldürülüblər.

Ruslan


Müəllif: