13 İyul 2016 13:33
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə Bakıda görüşmək niyyətindədir".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Onun sözlərinə görə, ilk olaraq, Rusiya, Azərbaycan və İran prezidentləri "Şimal-Cənub" layihəsi çərçivəsində görüşəcəklər: "Daha sonra İran prezidenti rusiyalı həmkarı ilə təkbətək görüş keçirməyi planlaşdırır. Görüş zamanı Suriya böhranının həlli, terrorçuluqla mübarizə və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək".

Bu arada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da prezidentlərin avqustun əvvəlində görüşəcəyi xəbərini təsdiqləyib.

Qeyd edək ki, Rəhimpur veridiyi açıqlamada üçtərəfli görüşün avqustun 8-də baş tutacağını deyib.

Samir


Müəllif: