13 İyul 2016 13:40
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerrinin Moskva səfəri ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kerri Rusiya rəhbərliyinə Suriya üzrə kəşfiyyat və operativ informasiya mübadiləsini həyata keçirməyi təklif edəcək: "Amerikalılar Rusiyadan xahiş edəcək ki, Moskva Suriya ordusunun müxalifləri bombalamaması üçün Dəməşq hökumətinə təsir göstərsin".

Bu arada, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kerri və Putinin görüşü zamanı müzakirə ediləcək məsələləri açıqlayıb: "Vladimir Putin iyulun 14-ü günün ikinci yarısı Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrini qəbul edəcək. Görüş zamanı Ukrayna və Suriya böhranı, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək".

Qeyd edək ki, Kerri iyulun 14-15-də Moskvaya səfər edəcək.

Samir


Müəllif: