14 İyul 2016 01:15

İŞİD terror təşkilatı apteklərdə hamiləliyin qarşısını alan vasitələrin satışını qadağan edib. Teleqraf.com xəbər verir ki, İŞİD hamiləliyin qarşısını alan vasitələri satan aptek sahiblərini ölümlə hədələyir.

Adının açıqlanmasını istəməyən Mosul sakini hesab edir ki, İŞİD yaraqlıları hamilə buraxdıqları qadınların uşaqlarını dünyaya gətirmələri üçün bu vasitəyə əl atıb. Terorçular sıralarını daha çox nəsil artırmaqla genişləndirmək istəyirlər. Öz övladlarından belə canlı bomba kimi istifadə etməyi bacaran terrorçular gələcəkdə daha böyük təhlükə yaratmaq üçün iyrənc vasitələrə əl atırlar.

Ayxan


Müəllif:
Загрузка...