13 İyul 2016 20:25
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus olduğu güman edilən təyyarələr Suriyada qaçqın düşərgələrini bombalayıb. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 9 mülki şəxs ölüb.

Ucqar səhralıqda yerləşən Həmməd çadır şəhərciyinin bombalanması nəticəsində onlarla adamın yaralandığı bildirilir. Qurbanların çoxu Şərqin Şirləri adı ilə tanınan üsyançı qruplaşmasında döyüşən silahlıların ailə üzvləridir.

Suriyalı fəal Said Seif, Yerli Koordinasiya Komitələri (LCC) şəbəkəsinə bildirib ki, çərşənbə axşamı günü həyata keçirilən hava hücumunda kasset bombalarından istifadə olunub.

O, hava reydi nəticəsində 15 adamın həlak olduğunu və 40 nəfərin xəsarət aldığını deyir.


Müəllif: