14 İyul 2016 09:27
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Nangarhar, Qazne, Qəndahar, Herat, Kunduz, Helmand və Uruzgan vilayətlərində sutka ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 21 "Taliban" üzvü məhv edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində həmçinin bir terrorçu yaralanıb, biri isə sağ ələ keçirilib.

Digər tərəfdən, əməliyyatlar zamanı baş verən qarşıdurmalar nəticəsində 4 təhlükəsizlik əməkdaşı da həyatını itirib.

Elvin


Müəllif: