14 İyul 2016 12:09

İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) daha 2 üzvü - 20 yaşlı Bəhmən Həsəni və 17 yaşlı Məhəmmədrza Heydəri Suriyada gedən döyüşlərdə həlak olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş SEPAH-ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü olan hər iki şəxs, bir neçə gün əvvəl bu ölkənin Hələb əyalətində müxalif qüvvələrlə qarşıdurmalarda həyatını itirib.

Onların nə vaxt Suriyaya göndərildiyi məlum deyil.

Samir


Müəllif: