14 İyul 2016 20:17
511

İranda ölüm hökmünə məhkum edilmiş 6 nəfər dar ağacından asılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edam İranın Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında həyata keçirilib.

Məlumatlara görə, edam olunanlar müxtəlif qətlləri törədən şəxslər olub.

Qeyd edək ki, son illərdə İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi etirazı ilə qarşılanır. İran İslam Respublikası dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

Samir


Müəllif: