14 İyul 2016 21:49

Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 14-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Petro Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.


Müəllif: