15 İyul 2016 14:27
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fransanın Nitsa şəhərində baş verən terror aktını şiddətlə qınayır, hücum zamanı həyatını itirənlərin ailələrinə başsağlığı, yaralananlara isə şəfa diləyirəm".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu hücum terrorçuluğa qarşı qərarlı və tutarlı mübarizənin zərurətini bir daha sübut edir:

"Terrora qarşı kifayət qədər güc sərf etməyənlər Fransa hücumundan dərs götürməlidir. Terror təşkilatları üçün Türkiyə ilə Fransanın, İraq ilə Belçikanın, Səudiyyə Ərəbistanı ilə Amerikanın fərqi yoxdur. Terrorunun dini, irqi və milliyəti yoxdur".

Türkiyənin baş naziri Binali Yıldırım terrorun kimi, nə zaman və harada hǝdǝf götürǝcǝyini proqnozlaşdırmağın çǝtin olduğunu vurğulayıb. Fransada törǝdilǝn xain hücumu lǝnǝtlǝdiyini ifadǝ edǝn Yıldırım Türkiyənin Fransa xalqının kǝdǝrini bölüşdüyünü, həyatını itirǝnlǝrǝ rəhmət, yaralılara tǝcili şǝfa arzuladığını qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da terror hücumunu pislǝyib vǝ həyatını itirənlərin yaxınlarına, Fransa xalqına və hökumətinə başsağlığı verib: “Türkiyǝ konqret nǝticǝ hasil olanadǝk terrora qarşı mübarizǝnin davam etmǝsinin vacibliyinǝ inanır”.

Samir


Müəllif: