15 İyul 2016 21:52

Fransada 3 günlük matəm elan edilib.

Teleqraf.com xəbər verir ki, iyulun 14-də Nitsa şəhərində törədilən hücumda azı 84 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Fransa hakimiyyəti bulvarda yük maşını ilə dinc sakinlərə hücum edən şəxsin əslən Tunisdən olan 31 yaşlı Fransa vətəndaşı Mohamed Lahouaiej Bouhlel olduğunu bəyan edib.

O, 25 tonluq yük maşınını Bastiliya qalasının alınmasını qeyd edən izdihamın üzərinə sürüb.

Polis onu güllələyib.


Müəllif: