16 İyul 2016 01:38
367

CHP lideri Kamal Kılıçdaroğlu Türkiyədə baş verən hərbi çevrilişə münasibət bildirib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, CHP lideri ölkənin çevrilişlərdən çox ziyan çəkdiyini deyib: "Eyni sıxıntıların yenidən yaşanmasını istəmirik. Cümhuriyyətə və demokratiyamıza sahip çıxırıq, inamımızı qoruyuruq. Hər kəs çox yaxşı bilməlidir ki, CHP parlament demokratiyasını dəstəkləyən vətəndaşlarımızın azad iradəsinə bağlıdır".

Nihad


Müəllif: