16 İyul 2016 09:57
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah terror təşkilatı üzvləri Akıncıdakı 4-cü əsas aviabaza komandanlığını tərk etməyə başlayıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qiyamçıların bu addımına səbəb çevrilişin baş tutmaması və uğursuzluq göstərilir.

Məlumatlara görə, qiyamçıların bəziləri xalqın arasında gizlənməyə çalışıblar.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində 17-si polis əməkdaşı olmaqla 60 nəfər həyatını itirib.

Samir


Müəllif: