16 İyul 2016 11:36
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, gecə saatlarında Türkiyədə hərbi çevrilişə cəhd olub.

Cəhdin qarşısı alındıqdan sonra başlanan xüsusi əməliyyat zamanı sxlanılanların sayı 1563 nəfərə çatıb.

Saat 11:15

Hərbi çevrilişə cəhddən sonra başlanan araşdırmalar zamanı Türkiyədə 1374 nəfər həbs olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlardan 5-i general və 29-u polkovnikdir.

Məlumatlara görə, Mersin Qarnizonu və Aralıq dənizi bölgə komandiri Kontradmiral Nejat Atilla Demirhan, Ordu Hərəkatı qərargah rəisi general-mayor Ekrem Çağlar, 39 piyada briyadasının komandiri general-mayor Hasan Polat da saxlanılanlar arasındadır.

Saat 10:00

Türkiyədə hərbi çevrilişə cəhddə şübhəli bilinən 754 nəfər saxlanılıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, onların hamısı hərbçidir. Nazirlikdən verilən açıqlamada olayla bağlı araşdırmaların aparıldığı və günahkarların tezliklə cəzalandırılacağı bildirilib.

Samir


Müəllif: