16 İyul 2016 11:14
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyi ötən gecə Türkiyə Cümhuriyyətində qanuni hökuməti devirmək cəhdinə dair açıqlama yayıb.

Teleqraf.com səfirliyin açıqlamasını təqdim edir: “Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir. Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir. Bu, Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib”.

Xatırladaq ki, iyulun 15-də, axşam saat 22.00-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgər və zabit heyəti Ərdoğan iqtidarını devirmək cəhdində bulunub.

Bu məqsədlə paytaxt Ankara və İstanbul küçələrinə tanklar çıxarılıb. Lakin xalqın küçələrə axışması ilə çevriliş cəhdi uğursuzluğa düçar olub.

Nemət


Müəllif: