16 İyul 2016 13:45
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Türkiyə hökumətini, ölkənin qurumları və hüquqi qaydalarını dəstəklədiklərini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker və qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı ölkələri adından dövlət çevrilişinə cəhdə dair birgə yazılı açıqlama veriblər.

Açıqlamada deyilir: “Türkiyə Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Qurum demokratik yola seçilmiş hökuməti, ölkənin qurumlarını və hüquq qanunlarını tam dəstəkləyir. Prosesləri yaxından izləməyi davam etdirəcəyik".

NATO-nun baş katibi Yens Stoltenberq İstanbul və Ankarada qiyamçıların dövlət çevrilişinə cəhdiylə əlaqədar Türkiyənin demokratik dəyərlərinə, qurumlarına və konstitusiyasına hörmət göstərilməsi çağırışını edib. O, “Türkiyə NATO-nun dəyərli müttəfiqidir" deyib.

Türkiyəyə ABŞ-dan da dəstək gəlib. ABŞ dövlət katibi Con Kerri həmkarı Mövlud Çavuşoğluna zəng edib və ölkəsinin Türkiyə hökumətinin yanında olduğunu bildirib.

Bosniya və Herseqovina prezidenti yanında dövlət şurasının sədri Bakir İzətbeqoviç də Türkiyəyə dəstəyini nümayiş etdirib. Baş verənlərdən təəccübləndiyini deyən sədr vurğulayıb ki, ordunun vəzifəsi dövlətini qorumaqdır.

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland da öz növbəsində Türkiyə hökumətinin yanında olduğunu bildirib. Baş katib deyib ki, Avropa Şurasının üzvü olan Türkiyədə demokratikya yolu ilə seçilmiş liderlərin devirilməsi qəbulolunmazdır.

Samir


Müəllif: