16 İyul 2016 13:58
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ilə birgə mətbuat konfransı təşkil edib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Binali Yıldırım ölkədəki son vəziyyəti açıqlayıb.

Onun sözlərinə görə, ötən gecədən başlanan toqquşmalar zamanı 161 türk əsgəri şəhid olub, 1440 nəfər yaralanıb: "Türkiyədə hərbi çevrilişə cəhd edən 2839 hərbçi həbs olunub. Onlar arasında yüksək rütbəli məmurlar da var".

O, Türkiyənin böyük bir bəlanı dəf etdiyini söyləyib: "Tankların önünə çıxaraq həyatını qurban verən qardaşlarımızı rəhmətlə anıram. Bizə dəstək verən dost ölkələrə təşəkkür edirəm".

Samir


Müəllif: