16 İyul 2016 19:37
307

Türkiyənin daxili işlər naziri Efkan Ala vətəndaşları bu gecə də meydanlara çıxmağa çağırdı.

Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən xəbər verir.

Nazir çevriliş cəhdinə qarşı milli iradəni nümayiş etdirməyə çağırıb.

Türkiyədə sistem problemi olduğunu bildiren nazir bütün siyasi partiyaları həmrəyliyə səsləyib.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.


Müəllif: