16 İyul 2016 23:11
2 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərmərədə prezident Ərdoğanın qaldığı otelə qiyamçılar tərəfindən edilən hücumun detalları ortaya çıxdı.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Polkovnik Zeki Göçmenin rəhbərliyi ilə 40 qırmızı beretli əsgər İzmirdəki hərbi aerodromdan 2 vertolyotla havaya qalxaraq prezident Ərdoğanın qaldığı otelə yaxın bir yerdə eniş edib.

Otelə edilən hücuma polis və Prezidentin mühafizəsi dirəniş göstərib. Bundan sonra qiyamçılar vertolyotla geriyə dönməli olub. Prezidentin qaldığı otelə hücum edən şəxslər saxlanılıb.

Nihad


Müəllif: