16 İyul 2016 23:39
7 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə saxlanılan sabiq Hava Qüvvələri komandanı, general Akın Öztürk açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, Ankarada həbs edilən qiyamçı Ali Hərbi Şuranın üzvü general Akın Öztürk yaxınları vasitəsilə mediaya yazılı açıqlama göndərib.

O, bildirib ki, Ali Hərbi Şura üzvü olaraq qiyam cəhdi başladıqdan sonra davamlı bir şəkildə Baş Qərargah rəisi general Hulusi Akarın yanında olub və onunla birlikdə hərəkət edib: "Millətimizi və demokratiyamızın hədəfə alan bu zərbə cəhdinin heç bir mərhələsində iştirak etmədim. Ölkəmizin bu qiyamdan ən az zərərlə çıxması üçün əlimdən gələni etdim. Hava qüvvələri komandani general Abidin Ünalın istəyi ilə qiyamçılarla şəxsən əlaqə saxlayaraq yanlış yoldan dönmələri üçün səy göstərdim".

Nihad


Müəllif: