17 İyul 2016 00:58
5 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə təqaüdçü polkovnik Nedim Sami Kulaksız maraqlı açıqlama ilə çıxış edib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Nedim Sami Kulaksız hərbi çevrilişə cəhd edənlərin B planı ola biləcə barədə xəbərdarlıq edib.

Təqaüdçü polkovnik bu barədə sosial şəbəkədəki hesabında bunları yazıb: "Gecə 12-dən sonrakı
5 saat çox kritik olacaq. İnternet kəsilə bilər. Telefonlar və TV verilişləri dayana bilər. Qeyb olmuş qiyamçı komandanlar birbaşa bombalı hücumlarla zərbə vurmağı planlayırlar.

Bütün xətlər kəsilə bilər. Əsla təşvişə düşməyin. Tək etməniz lazım olan inzibati binalar və aeroportlara getmək, orada qalmaqdır.

Fəthullahçı əsgərlər B planı üçün gecənin irəliləməsini gözləyirlər. Dünən Prezident və Baş nazirin xalqı nə qədər həyəcanlandırdırğını test etdilər. Dünən gecə yaşananlar hərb baxımdan döyüş sahəsini tanıma məşqi idi.

Bu gecə ilk olaraq Türk Telekom və peyklərə hücum ediləcək. Yeni dövrdə hərbi müdaxilələr pilləli olaraq inkişaf edir və əksər hallarda ikinci, ya da üçüncü təşəbbüsdə gerçək hücuma keçirlər.

Onlar vətəndaş müqavimətin qırılmasını və "bu iş bitdi" havasını yayaraq xalqın evlərinə çəkilməsini gözləyəcəklər. Xalq evə dönməzsə, bütün planlar alt-üst olur".

Nihad


Müəllif: