17 İyul 2016 01:54
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir – Şiştəpə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.


Avtomobildə olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: