17 İyul 2016 11:14
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup silahlı şəxs İrəvanda polis şöbəsinə basqın edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, basqınçılar Qarabağ münaqişəsinin iştirakçısı Jirar Səfilyanın həbsdən buraxılmasını tələb edirlər. Qeyd edək ki, o, qanunsuz silah əldə etmə və saxlamaqda günahlandırılır.

Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, polis hazırda hadisənin baş verdiyi Erebuni rayonuna gedən yolları bağlayıb.

Silahlı şəxslər polis binasını ələ keçirərkən bir nəfər ölüb, daha bir necə nəfər yaralanıb. Yaralananların kimliyi barədə məlumat verilmir.

Nihad


Müəllif: