17 İyul 2016 14:25
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın Erebuni rayonunda silahlı şəxslərin polis və daxili qoşunların binasına hücumu zamanı 1 nəfər polis ölüb, 2-si yaralanıb.

Teleqraf.com-un erməni KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasından bildiriblər.

Xüsusi təyinatlılar girov götürülən şəxslərdən 2-ni azad edib.

Qeyd edək ki, bu gün səhər saatlarında bir qrup silahlı şəxs Erebuni rayonunda polis və daxili qoşunların binasına hücum edib. Onlar qanunsuz silah əldə etmək və saxlamaqda günahlandırılan erməni müxalifətçisi Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edirlər.

Nihad


Müəllif: