17 İyul 2016 19:40

Türkiyədə hərbi çevrilişə cəhd edən bütün təşkilatçılar saxlanılıb. Trend-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. Məlumatda qeyd olunur ki, qiyamın qarşısının alınmasında əsas rolu türk xalqı oynayıb. Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.
Müəllif: