18 İyul 2016 00:33
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya xarici işlər naziri Boris Consonu daşıyan təyyarə Londonun Luton hava limanında qəza enişi edib.

Trend-in məlumatına görə, bu barədə The Guardian xəbər verib.

Qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub.

Böyük Britaniya XİN-i faktı təsdiqləyib. Qısa fasilədən sonra Boris Consonun rəhbərlik etdiyi XİN-nin nümayəndə heyəti Brüsselə yola düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb.


Müəllif: