18 İyul 2016 12:21

İrəvanda polis bölməsini ələ keçirən silahlılar təslim olmaqdan imtina ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyi məlumat verib: "Silahlılarla aparılan danışıqlar nəticəsiz qalıb. Onlar təslim olmayacaqlarını bildiriblər".

Bu arada, polis Ermənistan parlamentinin müxalif deputatı Nikol Paşinyanı silahlılarla danışıqlar üçün bölməyə buraxmayıb. Bununla bağlı Paşinyan özü məlumat verib. O bildirib ki, 2 dəfə binadakı silahlılarla danışıqlar aparmaq üçün bölməyə daxil olub: "Ancaq 3-cü dəfə polis mənə içəri keçməyə imkan vermədi. Bunun səbəbini mənə açıqlamayıblar".

Samir


Müəllif:
Загрузка...