18 İyul 2016 12:50
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış köşə yazarı Mete Yarar CNN Türk-ə sensasion açıqlamalar verib. Tanınmış analitik bəyan edib ki, ölkə üçün ən təhlükəli proses bundan sonra baş verə bilər.

Teleqraf.com xəbər verir ki, köşə yazarı Türkiyədə siyasi sui-qəsdlərin olacağı mesajını da verib: “15 iyulda hakimiyyət çevrilişinə cəhd edildi. İndi hər kəs sual edir ki, bundan sonra nə olacaq. Fikrimcə, bundan sonrakı addım Türkiyədə daxili qarışıqlıq yaratmaqdır. Çevriliş cəhdinin qarşısını bu şəkildə əngəlləmək mümkün deyil. Yanınızda olan, ancaq inanmadığınız insanlara sahib çıxmaqla demokratiyaya sahib çıxa bilərsiniz. Sizdən fərqli düşünən insanların haqlarını qoruyaraq demokratiyaya sahib çıxa bilərsiniz.

Meydana çıxa, burada çevriliş etmək istəyən qrupların qarşısını ala bilərsiniz. Ancaq bu ölkənin problemi çevriliş cəhdləri deyil. Meydanlarda insanlar var, gəzir, təkbir gətirirlər. Onlar əsgərin başını kəsmək istədilər. Bir rəsmi şəxs çıxıb desin ki, Türkiyədə başı kəsilən əsgər yoxdur. Mən bu cahilliyi anlamıram. Və ya çıxıb desin ki, bəli, əsgərin başı kəsilib. Bildirsin ki, buna görə lazım olan ediləcək. Ancaq bunu heç kim etmir. Sabah bir məscidə, digər gün başqa bir məscidə bomba qoyulsa, daha sonra bir kürd dərnəyinə, başqa dərnəyə hücum edilsə, nə olacaq? Türkiyədə vətəndaş bir-birinə girər.

Əsl təhlükə budur. İnsanları küçələrə çıxarıb küçələri qorumaqdan daha çox, bu insanları bir-birinə yaxınlaşdırmaq önəmlidir. Bunu etməsək, sabahdan etibarən Türkiyədə siyasi sui-qəsdlərə və digər hadisələrə hazır olun”.

Nemət


Müəllif: