18 İyul 2016 13:37
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ankarada yenidən silah səsləri eşidilib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilərdən biri saxlanılarkən atəş açıb. İnsident zamanı xəsarət alan olmayıb.

Həmin şəxs zərərsizləşdirilib və polis bölməsinə aparılıb.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində 290 nəfər ölüb, 1400-dən çox insan yaralanıb. Ümumilikdə, hadisələrdə şübhəli bilinən 6000-dən çox şəxs saxlanılıb.

Samir


Müəllif: