19 İyul 2016 12:31

Türkiyədə hərbi çevrilişə cəhddən sonra 2 helikopter və 25 əsgər yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Hürriyət" qəzetinin köşə yazarı Əbdülkadir Selvi məlumat verib:

"Helikopterlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən 25 əsgəri Marmarisdəki meşəlik ərazidən götürmək üçün bu bölgəyə istiqamət alıb. Əsgərlər otelə hücum edib, Ərdoğanı öldürməli idi. Uğursuzluğa düçar olan qiyamçılar meşəyə doğru yön alıb. Nə helikopterlərin, nə də əsgərlərin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Hazırda əsgərlərin və helikopterin axtarışı davam edir".

Qeyd edək ki, məlum hadisə zamanı 200-dən çox insan həyatını itirib, 1500 nəfər yaralanıb.

Samir


Müəllif:
Загрузка...