19 İyul 2016 12:51
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda yüzlərlə insan silahlılar tərəfindən ələ keçirilmiş polis post-patrul xidməti alayı binası yaxınlığında toplaşıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyanın məqsədi hüquq-mühafizə qüvvələri tərəfindən polis obyektinə hücum edib, bir neçə polisi, o cümlədən, Ermənistan polis rəisi və Yerevan polis rəisi müavinlərini girov saxlayan bu dəstəyə qarşı güc tətbiq edilməsinə yol verməmək olub.

Nümayişçilər bəyanatla çıxış edib, əhalini “qan tökülməyə yol verməmək üçün birləşməyə“ çağırıblar. İzdihamda “Azad, müstəqil, ədalətli Ermənistan!”, “Qəhramanlarımızın qanını tökməyə qoymarıq!” şüarları səslənib.

Etirazçılar silahlı şəxsləri qəhrəman adlandırıblar: “Onlar öz həyatlarını bizim hamımızın daha yaxşı gələcəyi naminə təhlükə altına qoyublar. Onlar terrorçu deyil. Terrorçunun necə olduğu və nə etdiyini hamımız bilirik. Onlar ümidsizlikdən bu addımı atmağa məcbur olublar. Onlar qəhrəmandırlar”.

Bəziləri ölkədə korrupsiyanın, özbaşınalığın, qohumbazlığın, ədalətsizliyin baş alıb getdiyi, seçki yolu ilə hakimiyyət dəyişikliyinin mümkün olmaması və əhalinin ölkəni tərk etməyə məcbur olmasında silahlı dəstənin deyil, mövcud hakimiyyətin günahkar olduğunu xatırladıblar.

Qeyd edək ki, İrəvanda bir qrup şəxs polis şöbəsinə hücum edərək, bir neçə nəfəri girov götürüblər. Onlar radikal müxalif Müəssislər Məclisi təşkilatının rəhbəri Jirayr Sefilyanın həbsdən azad edilməsini tələb edirlər. Hazırda silahlılar 4 nəfəri, o cümlədən Ermənistanın polis rəisinin müavini Vardan Yeqiazaryan və İrəvan polis rəisinin müavini Valeriy Osupyanı girov saxlayırlar.

Samir


Müəllif: