24 İyun 2014 16:41
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında” qərarını ləğv etməyi təklif edib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Vladimir Putin bu gün Federasiya Şurasının sədri Valentina Matviyenkoya məktubla müraciət edib.

“Putinin belə təklif irəli sürməsində məqsəd Ukraynanın cənub-şərqində böhranın aradan qaldırılması, üçtərəfli danışıqların başlanmasıdır”, - Peksov bildirib.

Federasiya Şurası iyunu 25-də V. Putinin təklifinə baxacaq./anaspress/


Müəllif: