24 İyun 2014 17:02
463

Avropa Birliyinə (AB) tam üzvlük üçün hələ 2009-cu ildə müraciət edən Albaniyaya 5 ildən sonra "namizəd ölkə” statusu verilib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, dünən və bu gün Lüksemburqda bir araya gələn AB-yə üzv ölkələrin xarici işlər nazirləri bununla bağlı konsensuslu qərar qəbul ediblər.

Qərar yaxın günlərdə Brüsseldə təşkil ediləcək liderlərin zirvə görüşübdə dövlət və hökumət başçılarının təsdiqinə təqdim ediləcək. Təsdiqin ardından Albaniya Avropa Komissiyası ilə tam üzvlüyün şərtləri və mərhələləri barədə müzakirələrə başlaya biləcək.

2003-cü ildə "potensial namizəd ölkə" statusu qazanan Albaniya AB liderlərinin ötən dekabr ayındakı zirvə görüşündə Hollandiyanın vetosu səbəbiylə namizədlik statusunu əldə edə bilməmişdi. Lakin Hollandiya son olaraq, Tirana hökumətinin narkotizmə və mütəşəkkil cinayətlərə qarşı atdığı əhəmiyyətli addımlar səbəbiylə vetonun aradan qaldırıldığını açıqlayıb.

Nail Cəlil


Müəllif: