19 İyul 2016 19:24

Hindistanda təhlükəsizlik qüvvələri ilə Maocu üsyançıları arasında silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar zamanı 10 üsyançı öldürülüb, 7 polis xəsarət alıb.

Hadisə Bihar əyalətinin mərkəzi Patna şəhərindən 170 kilometr cənubda Dumrinala bölgəsində baş verib. Məlumatlara görə, üsyançılar əldəqayırma partlayıcılardan istifadə edib. Hücumdan sonra bölgədə əməliyyat başlayıb.

Qeyd edək ki, Çinin liderlərindən olan Mao Zedongdan ilhamlanan Maoçu üsyançıları 1967-ci ildən bu günədək Hindistanın şimalında, şərqində və mərkəzində çox sayda silahlı hücumlar təskil edir.

Samir


Müəllif:
Загрузка...