24 İyun 2014 16:57
452

Bu gün Pakistanda bir hərbi məntəqəyə edilən intihar hücumunda 2-si əsgər olmaqla, 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, hadisə Pakistan silahlı qüvvələrinin son günlər Taliban döyüşçülərinə qarşı geniş əməliyyatlar apardığı tayfalar bölgəsi Şimali Vəziristanda baş verib.

Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, intiharçı Spinvam bölgəsindəki bir xəstəxananın yaxınlığındakı əsgəri məntəqəyə yaxınlaşaraq, öz üzərindəki bombanı partlatmaqla oranı havaya uçurub. Partlayış zamanı xəstəxananın binası da zədələnib.

Terror aktının Pakistan hərbi aviasiyasının dünən Mirali bölgəsi ətrafında talibançılara aid olduğu ifadə edilən səkkiz nöqtəyə təşkil etdiyi hava hücumuna cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, hücum zamanı azı 25 terrorçunun öldürüldüyü açıqlanıb.

Nail Cəlil


Müəllif: