19 İyul 2016 23:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığında Fəthullah Gülənin Türkiyəyə qaytarılması məsləsi müzakirə olunub.

Ağ Evdən verilən açıqlamada isə Fəthullah Gülənin qaytarması ilə əlaqədar rəsmi müraciətin onlara çatdığı bildirilib. Qeyd olunub ki, hazırda müraciət qiymətləndirilir.

“Türkiyə hökuməti elektron şəkildə Gülənlə bağlı materialları təqdim edib. Bu materiallar ABŞ və Türkiyə arasında 30 il əvvəl imzalanmış “Ekstradisiya haqqında” sazişə uyğun olaraq Dövlət Departamenti və Ədliyyə Nazirliyi tərəfindən tədqiq ediləcək”, - Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

O əlavə edib ki, Obama və Erdoğan həmçinin Türkiyədə dövlət çevrilişinə cəhdin istintaqı məsələsinə də toxunublar.

“Obama dövlət çevrilişinə cəhdin istintaqında bir daha hərtərəfli yardım təklif edib”, - deyə Ernest qeyd edib.

Onun sözlərinə görə, Obama Türkiyənin demokratik yolla seçilmiş hökumətinə ABŞ-ın dəstəyini təsdiqləyərək, dövlət çevrilişinə cəhdin istintaqının demokratik prosedurlara uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb.


Müəllif:
Загрузка...