20 İyul 2016 12:08
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə iyulun 15-də baş verən hərbi çevrilişə cəhd zamanı ölənlərin sayı 240-a çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 62-si polis, 5-i əsgər, 173-ü isə mülki vətəndaşdır.

Hadisələr zamanı yaralanan 1535 nəfərdən 623-nün xəstəxanalarda müalicələri davam etdirilir. Çevriliş cǝhdi ilǝ bağlı başlanan istintaq çǝrçivǝsindǝ aralarında əsgər, polis, ǝdliyǝ mənsubu və vətəndaşların da olduğu 8724 nǝfǝr nǝzarǝtǝ götürülüb. Onlardan 1203-ü artıq həbs olunub.

Samir


Müəllif: