24 İyun 2014 17:11
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 12 il ərzində 3600 uşaq cinsi istismardan azad edib

ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları pedofillər və sutenyorlara qarşı mübarizə ilə bağlı xüsusi əməliyyat keçiriblər.

Teleqraf.com-un newsru.com-a istinadən verdiyi məlumata görə, bu həftə ərzində gerçəkləşdirilən əməliyyat nəticəsində 150-dən çox azyaşlı cinsi istismardan azad edilib, yüzlərlə şübhəli şəxs isə həbs olunub.

Əməliyyatda hüquq-mühafizə orqanlarının 400-dən çox əməkdaşı iştirak edib. Reydlər və həbslər ABŞ-ın 106 şəhərini əhatə edib. Polislər ümumilikdə 168 yeniyetməni xilas ediblər, eyni zamanda 281 sutenyor həbs olunub. Heç nədən çəkinməyən sutenyorlar bu uşaqlardan bəzilərini internet vasitəsilə “canlı satış”a çıxarıblarmış.

FTB-nin direktoru Ceyms Komi keçirilən əməliyyatla bağlı bunları söyləyib: “Bizim uşaqlarımız satılmır. Onlar hansısa uzaq torpaqlardan gəlmiş uşaqlar deyil. Bu uşaqlarla hər gün küçələrimizdə, ən müxtəlif yerlərdə rastlaşırıq. Onlar Amerika uşaqlarıdır”.

Bu, son 12 il ərzində FBR-in sutenyorlara və pedofillərə qarşı keçirdiyi 8-ci xüsusi əməliyyatdır. Müvafiq dövr ərzində federallar 3600 nəfər yetkinlik yaşına çatmayanı xilas ediblər, baş verənlərlə bağlı 1450 cinayət işi qaldırılıb.

Nail Cəlil


Müəllif: